Sumqayıt məhkəməsi sədrinin polis oğluna yeni vəzifə verildi

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Ruslan Hüseynov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Ruslan Hüseynov Bakının Nərimanov rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Ruslan Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur və bir neçə gün əvvəl bölmə rəisi vəzifəsindən çıxarılmışdı./Reyting.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir