Maliyyə Nazirliyinə yeni vəzifə həvalə edildi – QƏRAR

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Maliyyə Nazirliyinə yeni vəzifə həvalə edilib.

Maliyyə Nazirliyi cari ilin sentyabr ayının 25-dən gec olmayaraq növbəti il üçün proqnozlaşdırılan büdcə xərclərinin iqtisadi və inzibati təsnifatlar üzrə bölgüsü barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir