Xalidə Hüseynova,
Bakı şəhəri 211 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimi,
ali kateqorialı müəllim,
Metodbirləşmə sədri,
“Azərbaycan Bayrağı” mükafatçısı
Hüseynova Xalidə Səyyad qızı 1960-cı il oktyabrın 30-da Füzuli rayonunda anadan olub. 1967-ci ildə X.B.Natəvan adına orta məktəbə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.
Həmin ildə Stepanakert Pedaqoji İnstitutuna daxil olmuş, 1981-ci ildə institutun “İbtidai təhsil metodikası və pedaqogikası” fakültəsini bitirmişdir.
1981-ci ildən 1993-cü ilə qədər Füzuli rayon X.B.Natəvan adına orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Rayon erməni təcavüzkarlarının işğalına məruz qaldıqdan sonra Bakı şəhərinə köçmək məcburiyyətində qalmışlar. Sonra Nəsimi rayonu Akif Abdullayev adına 211 saylı orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirib.
1994-cü ildə Təhsil Nazirliyi tərəfindən ali dərəcəli “Baş müəllim” adına layiq görülüb. 1998-ci ildən indiyədək həmin məktəbdə İbtidai siniflər üzrə Metodbirləşmə sədri vəzifəsini icra edir.
***
Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildənbaşlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalqmiqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.
Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yertutmuşdur. Dahi rəhbərimiz və ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.
Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində də dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illərərzindəki nailiyyətləri və davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.
Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlaramüraciət etdikdə görmək mümkündür. Statistikaya görə, 1969-cu ildə respublikamızda 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Bir rəsmqalereyası belə fəaliyyət göstərmirdi.
2003-cü ildə isə respublikamızın mədəniyyət müəssisələrinin sayı xeyli dərəcədə artmışdır. Həmin dövrdəki məlumatlara görə, ölkəmizdə 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klubmüəssisəsi, 210 mədəniyyət və istirahət parkı, 159 muzey, 30-dan çox dövlət rəsm qalereyası və bədii sərgi salonu, 232 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərirdi.
Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısınıəsirgəməmişdir.
Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. HələSovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri QaraQarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununlayanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə dəAzərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına AzərbaycanDövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə vəAnkarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu «Kitabi-Dədə Qorqud» dastanının 1300 illikyubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.
Bakıda qeyd olunan tanınmış sənət adamlarının tarixi yubileyləri – Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr olunmuştəntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur.
Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.
Dünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstanvə s. ölkələri göstərmək olar.
Son onillikdə Parisdə UNESCO-nun mənzil-qərargahında Məhəmməd Füzulinin, Qara Qarayevin və «Kitabi-Dədə Qorqud» dastanının yubileylərinin yüksək səviyyədə keçirilməsi də ümummilli liderimiz HeydərƏliyevin xidmətləridir və Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində mühüm rol oynamışdır.
Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksəkqiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiqgörülmüşdür.
Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqlidavamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.
«Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar» – deyən möhtərəm prezidentimiz xalqın inkişafı yolunda dönməzmübariz olduğunu daim sübut edir və məhz onun rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ürəkaçan nailiyyətlər qazanılmışdır.
Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm prezidentimiz xalqın millixüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: «Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki,ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur».
Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır vədəstəkləyirlər.