ABŞ səfirliyi viza verilməsi ilə bağlı yayılan şayiələrə cavab verdi

Viza ABS konsulluq

Amerikanın Azərbaycandakı səfirliyi vətəndaşlara viza verilməsi ilə bağlı yayılan şayiələrə cavab verib.

Bizimyol.info xəbər verir ki, səfirlik turistlərin və biznes səyahətçilərin viza tələblərinə imtina cavabı verməsi ilə bağlı yayılan şayiələri cavablayıb. Səfirlik bildirib ki, onlar bu məsələyə aydınlıq gətirməklə yayılan şayiələri dağıtmaq istəyirlər:

“Şaiyə yayılıb ki, ABŞ-ın Azərbaycandakı səfirliyi azərbaycanlı turistləri və biznes səyahətçiləri tərəfindən təqdim etdiyi viza ərizələrinin əksəriyyətinə imtina cavabını verir.

Buna cavab olaraq bildiririk ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi ABŞ-a qeyri-immiqrant viza üçün müraciət edən Azərbaycan vətəndaşlarının əksəriyyətinə viza verir. Əslində, 2018-ci ildə verilən qeyri-muhacır vizaların sayı səkkiz mindən çox idi”.

Həmçinin səgirlik konsulluq əməkdaşlarının müsahibə üçün az vaxt ayırdıqları üçün imtina cavabı verməsinə də aydınlıq gətirib:

“Konsulluq əməkdaşları ərizəçinin sənədlərinə düzgün baxmamağı və müracət edən insanlara müsahibə üçün çox az vaxt ayırdıqları səbəbindən imtina cavabı verməsi ilə bağlı şayiələr yayılıb.

Bildiririk ki, müsahibə zamanı Konsulluq işçilərinə təqdim edilən məlumatlar əslində sənədlərin nəzərdən keçirilməsi prosesi və müsahibə üçün sərf edilən vaxtdan daha çox əhəmiyyət daşıyır. Konsulluq şöbəsi əvvəlcədən təqdim olunan ərizə formasını və müsahibə zamanı aldıqları cavabları gətirilmiş sənədlərdən daha üstün hesab edir. Ümumiyyətlə, uzun müsahibələr yalnız ehtiyac duyulduğu hallarda aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir