Bakının Suraxanı rayonunda evə quldur basqını olub, nəticədə ev sahibi, 40 yaşlı Araz Sofiyev öldürülüb, onun həyat yoldaşı Rəna Sofiyeva isə ağır yaralanıb.
Virtualaz.org dəqiqləşdirib ki, hadisə iyulun 6-dan 7-nə keçən gecə, Suraxanı rayonu, Q yaşayış massivi, mənzil 27-a ünvanında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər 5-ci mərtəbədə yerləşən mənzilə daxil olub, Sofiyevlərə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev ölüb, Rəna Sofiyeva isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və hazırda müalicəsi davam etdirilir. Quldurların mənzildən 5000 ABŞ dolları aparırdıqları bildirilir.
Hazırda Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.