İyulda qeyri-sabit havanın – SƏBƏBLƏRİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva iyulda müşahidə edilən qeyri-sabit havanın səbəbləri barədə danışıb.

Nazirlik rəsmisinin Oxu.Az-a verdiyi məlumata görə, iyulun 10-da ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacaq:

“Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Mərkəzi rayonlarda havanın minimum temperaturu 20-25, maksimum temperaturu 32-37, dağlıq rayonlarda gecə 11-16, gündüz isə 19-24 dərəcə isti təşkil edəcək.

İyulun ilk 10 günündə qeyri-sabit hava şəraiti Avropanın şimalından gələn hava kütlələrinin bu ay üçün nisbətən sərin olması və atmosfer cəbhələri ilə əlaqədardır. Bu günlərdə havanın orta temperaturu kiçik müsbət dəyişikliklə (0,7 dərəcə) iqlim normasına yaxın olub”.

Onun sözlərinə görə, iyulun 10-da Bakı və Abşeronda hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək

“Güclü şimal-qərb, şimal küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu müsbət 30-35 dərəcəyə çatacaq, bu da cari ayın iqlim normasına yaxındır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir