Xalq artistinin vəziyyəti ağırlaşdı – Türkiyəyə aparıldı

Xalq artisti Yalçın Rzazadənin vəziyyəti kəskin pisləşib.

Pressxeber.az xəbər verir ki, bu barədə Axar.az-a xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib. M.Rzazadə bildirib ki, atası təcili Türkiyəyə aparılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.

Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir