“BDU-da son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Elçin Babayev

“Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) edilən dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var”.

“Report” xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.

O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: “Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq”.

Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: “Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir