REAL İNKİŞAF

Qobustan rayonunda yenidənqurma işləri ənənəvi hal alıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov Qobustan rayonunda aparılan işlərin intensiv şəkil almasına şəxsən nəzarət edir. 

Bu gün Qobustan rayonunda sürətli canlanma özünü biruzə verir. Rayonda müasirlik, yeniləşmə mövcuddur. İqtisadi göstərici rayon əhalisinin sosial rifah halının yaxşılaşması üçün başlıca zəmin yaradıb. Və eləcə də, yenidənqurma işlərinin əsaslı şəkildə təşkili burada özünü açıq – aydın göstərir.

Qobustanda dinamik inkişaf yüksək göstəricilərlə xarakterizə olunur. Burada ictimai – siyasi sabitlik hökm sürür. Rayonda sosial – iqtisadi inkişaf günün reallığı kimi qiymətləndirilir. 

Azərbaycan Respublikası Prezidentinin “Regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramı ” bütün bölgələrdə olduğu kimi Qobustan da uğurla həyata keçirilir. Cənab Adil Məmmədovun bilavasitə xüsusi diqqəti və qayğısı altında bu bölgədə Dövlət Proqramına böyük önəm verilir. Rayonda Dövlət Proqramından irəli gələn məsələlərin həlli əhalini də düşündürür. Çünki həyata keçirilən işlər və sonrakı illər üçün nəzərdə tutulan məsələlər onların iqtisadi sahədə uğur əldə etmələrində başlıca rol oynayır.

Qobustan rayonunda yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilmiş, bu məqsədlə müvafiq dövlət və özəl qurumların imkanlarından maksimum istifadə edilmişdir.  Sahibkarlığın inkişafına rayonda xüsusi diqqət yetirilir. Dövlət Proqramından irəli gələn mühüm müddəalar bu ardıcıllığa təkan verir. 

Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə səfəri burada da günün reallığına çevrilən mühüm amillərin daha da geniş vüsət almasına zəmin yaratmışdır. Hörmətli prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Qobustan rayonunda layiqli şəkildə həyata keçirilir. Bu da bugünkü vacib məsələlərin həlli yolunda iş adamlarına yardımçı olur.

Rayonda sosial həyatın gündəlik qayğıları buradakı əhalinin gələcək yaşam tərzinin dinamikliyini özündə əks etdirir və məhz bu səbəbdəndir ki, rayon sakinlərinin qələbəyə inamı, sabaha ümidləri rayon başçısının rəhbərliyi altında rəğbət və hörmətlə qarşılanılır.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov rayona rəhbərliyə başladığı gündən tikinti, abadlıq və quruculuq işlərinə böyük önəm vermiş, əhalinin sosial problemlərinin həlli istiqamətində əməli addımlar atmışdır. Onun gördüyü işlər rayon əhalisi tərəfindən razılıqla qarşılanır. Rayonda aparılan quruculuq işləri günün həqiqətlərinə söykənir və əhalinin məşğulluğunun artırılması üçün böyük zəmin yaradır. Rayonda aparılan geniş və əhatəli quruculuq işləri sakinlərin gündəlik həyat qayğılarının aradan qaldırılması istiqamətində bir başlanğıcdır. Bu gün Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov rayonda genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni edir. İcra başçısının sakinlərə diqqət və qayğısı onların gündəlik həyat şəraitinin yaxşılaşması üçün böyük əhəmiyyət kəsb edir.

P.S. Qobustan rayonunun daha da gözəlləşməsi üçün əlindən gələni əsirgəməyən rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov başda olmaqla bütün Qobustan əhalisinə cansağlığı, uzun ömür arzulayırıq. Müstəqil Dövlətimizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bütün işlərində uğurlar diləyirik. 

Ülvi Dərgah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir