Rəsmi Tehrandan saxlanılan ingilis tankeri ilə bağlı açıqlama

Iran herbi kateri

İran hökuməti Hörmüz boğazında saxlanılan Böyük Britaniyaya məxsus “Stena Impero” tankerinin ekipaj üzvləri barədə bəyanat yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rəsmi Tehran tankerin bütün sərnişinlərinin araşdırmalar bitənə qədər göyərtədə qalacağını bəyan edib.

Qeyd edək ki, İran tərəfi tankeri beynəlxalq dəniz hüququnu pozduğuna görə saxladığını açıqlayıb.

Göyərtədə üçü Rusiya vətəndaşı olmaqla ümumilikdə 23 nəfər var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir