Britaniyanın Xarici İşlər naziri İran tərəfindən “Stena Impero” tankerinin saxlanılmasına münasibət bildirib

Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant ölkəsinə məxsus “Stena Impero” tankerinin Hörmüz boğazında saxlamasına münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, tankerin buraxılmayacağı təqdirdə İran üçün nəticələrinin olacağını bildirən nazir deyib: “İngiltərə hərbi variantları qiymətləndirmir, biz bu məsələnin diplomatik yolla həllinə nail olmağa çalışacağıq. Dənizdə səyahət azadlığı məhdudlaşdırılarsa, ən çox itirən tərəf rəsmi Tehran olacaq”.

Qeyd edək ki, bu məsələ ilə bağlı C.Hant ilə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo arasında telefon danışığının olduğu vurğulanır.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir