Bir neçə gün öncə Sumqayıtda 17-ci mikrorayon ərazisində 8 yaşlı qız 55 yaşşlı kişi tərəfindən zorlanıb.
Bizimyol.info xəbər verir ki, həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb və yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. Cəmiyyətdə çox kəskin qınaqla qarşılanan bu hadisəyə xalq artisti Nurəddin Mehdixanlı da münasibət bildirib. Sosial şəbəkə hesabında paylaşım edən aktyor “Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi, ölüm hökmünün ləğv edilməsidir”.
Qeyd edək ki, Sumqayıt şəhər prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.