Kim Çen In yeni sualtı qayığa baxış keçirib

KXDR lideri Kim Çen In yeni sualtı qayığa baxış keçirib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilib ki, gəmi Yapon dənizində əməliyyat zonasında vəzifələri yerinə yetirmək üçün hazırlanıb.

Agentlik qeyd edir ki, Kim Çen In “əməliyyat, taktiki məlumatlar və döyüş silahları sistemi ilə tanış olub, lakin gəminin özü və onun texnikası barədə məlumat verilməyib. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir