İsveçrəli məktəblilərə Azərbaycan rəqsləri öyrədilir

Reqsler Diaspor

İsveçrədə yaşayan soydaşlarımız bu ölkənin ictimai və mədəni həyatında həyata keçirilən inteqrasiya səciyyəli tədbir və layihələrdə fəal iştirak etməyə çalışırlar. Bu layihələrdən biri də miqrantların mədəniyyətinin təbliğ olunması ilə bağlıdır.

Bizimyol.info Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, artıq 3 ildir Aargau bölgəsinin Miqrasiya və İnteqrasiya Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə məktəblərdə təqdim olunur.

Layihənin rəhbəri İsveçrədəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovdur.

Q.Nəsirov bildirib ki, əsas məqsəd məktəbliləri ölkədəki miqrantların mədəniyyətləri ilə tanış etmək, onlara inteqrasiya barədə məlumat verməkdir. Layihə çərçivəsində məktəblilərə Azərbaycan rəqsləri də öyrədilir. Bunun üçün “Qarabağ” Azərbaycan məktəbinin müəllimi Gülnarə Axundova layihədə iştirak etməyə dəvət edilib. Üç ildir ki, G.Axundova isveçrəli uşaqlara milli rəqslərimizi öyrədir.

Qeyd edək ki, bu yaxınlarda Aargauda 16 yaşlı 100 məktəblinin iştirakı ilə təqdim olunan Azərbaycan rəqsləri böyük maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir