Elşad Miri: “Allah atadan övladını kəsməsini necə tələb edə bilər?” – Videomüsahibə

İlhaiyytaçı Elşad Miri Bizimyol.info saytına verdiyi müsahibədə İslam dininin xurafatdan uzaq tərəfləri barədə danışıb.

Müsahibədə qadınların İslamda yeri, Qaalu- Bəla Hadisəsi, Qurban Bayramının yaranma tarixçəsi, reinkarnasiya məsələləri barədə danışılıb.

Reinkarnasiya məsələsini birmənalı olaraq qəbul etmədiyini söyləyən ilahiyyatçı, eyni zamanda bizə öyrədilən , təlqin edilməyə açlışılan qəzəbli, cəzalandıran deyil, rəhimli, mərhəmətli Allah barədə fikirlər səsləndirib. İslamın bədbinlik dini olmadığını söyləyən müsahibimiz güvənən insanın, Allahdan ümidini kəsməyən insanın qalib insan olduğunu söyləyib.

“Bu gün insanlar Allaha din öyrətməyə çalışırlar. İslam qorxunun dini deyil. Biz sevdiyimizin sevgisini itirməkdən qorxmalıyıq. Bizə elə təlqin edirlər ki, sanki Allah oturub bizə cəza vermək üçün bəhanə gəzir, ilk səhvimizdə bizə cəza vermək üçün bir mənfi bal yazır ki, sən get cəhənnəmə. Bu belə deyil. Bu gün bütün dünyada bir -birini ən çox qıranlar elə müsəlmanlardır. Pakistanda Fərhundə adında balamızı məhz dini sorğuladığına görə daşqalaq etdilər. Bu gün məni də sosial şəbəkələrdə təhqir edir, hədələyirlər, hirsqlərini , qəzəblərini bununla soyudurlar. Yalnız ona görə ki, həqiqəti deməyə çalışıram”,- deyə o bildirib.

O saytımıza verdiyi müsahibədə Qurban bayramının , Həcc mərasiminin fəlsəfəsini açıqlayıb.İsmayılın qurban kəsilməsinin əslində Allahın əmri deyil, peyğəmbərin gördüyü yuxunun yozumu kimi açıqlayan ilahiyyatçının maraqlı söhbətini dinləməyə dəvət edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir