Salyanda Türkiyə vətəndaşını it tutdu

Salyanda 2 nəfəri it dişləyib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Qarabağlı kəndində fəaliyyət göstərən “Azər”şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Gəncə şəhərində yaşayan Türkiyə vətəndaşı, 1972-ci il təvəllüdlü Turan Apaydın həmin ərazidə saxladığı maşından düşərkən sahibsiz itlər ona hücum çəkib.

Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Babayev Ceyhun Əmrah oğlu kürəkənini itlərin əlindən çətinlikələ də olsa qurtarıb.

Buna baxmayaraq, kürəkən-qayın əl barmaqlarından və ayaqlarından it dişləməsi ilə xəsarət alıblar.

Qohumlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra hər ikisi ambulator müalicəyə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir