Bakıda bir neçə gün bundan əvvəl bıçaqlanan şəxs dünyasını dəyişib.
APA xəbər verir ki, İsgəndərov Asif Həsən oğlu avqustun 5-də bıçaqlanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Ancaq həkimlərin bütün səyinə baxmayaraq, o, cəmi bir neçə gün yaşaya bilib və ötən gün xəstəxanada keçinib.
Faktla bağlı prokurorluq orqanları istintaq araşdırmalarına başlayıb.