Cavad Zərif Fars körfəzini barıt çəlləyinə bənzədib

ABŞ silah ticarəti sayəsində Fars körfəzini barıt çəlləyinə çevirib.

APA “RT”-yə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, bir il ərzində rəsmi Vaşinqton region ölkələrinə 50 mlrd dollarlıq silah-sursat satıb. Zərif onu da əlavə edib ki, BƏƏ bu ticarətə 22 mlrd, Səudiyyə Ərəbistanı isə 87 mlrd dollar vəsait sərf edib.

“Əgər regiondakı təhlükə barədə danışırsınızsa, o zaman bilin ki, təhlükə bölgəni silahla dolduraraq onu partlamağa hər an hazır edən ABŞ-dan və onun müttəfiqlərindən gələ bilər”, – deyə Zərif vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir