Bakının Yasamal rayon sakininin rayon ərazisindəki marketlərdən birindən aldığı “Bizim tarla” şirkətinin istehsalı olan mürəbbənin içərisindən milçək çıxıb. Bu barədə o özü Bizimyol.info saytına məlumat verib.
Adının çəkilməsini istəməyən izləyicimiz bildirib ki, bu barədə AQTA-ya müraciət edib. AQTA məhsulu laboratoriya yoxlamasına götürüb. Məhsul Lənkəran Konserv Zavodunda istehsal olunub.