Ukraynada nazir müavini və köməkçisi həbs edildi

Yuri Qrimçak

Ukraynanın Antikorrupsiya Bürosu və Təhlükəsizlik Xidmətinin əməkdaşları ölkənin müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçakla köməkçisini həbs edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məmur və köməkçisi avqustun 14-də 480 min dollar məbləğində rüşvət alarkən tutulub. Onlar, həmçinin, dələduzluqda ittiham olunurlar.

Məlumata görə, Qrimçak və köməkçisi ölkədə yüksək rütbəli simaların qərarlarına təsir etmək adı ilə hüquqi şəxslərdən külli miqdarda pul tələb ediblər. Bu məbləğin 1,1 milyon dolları keçdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir