Polislər yanan avtobusdan insanları xilas ediblər. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Buryatiy vilayətində baş verib. Bu barədə DİN Regional idarəsindən məlumat verilib.
Məlumatda deyilir ki, Ulan-Ude şəhəri üzrə Post Patrul Xidmətinin inspektorları polis kapitanı Bato Dambaev və kiçik leytenantı polis Leonid Budaev, Sovetov rayonunda işıqforda yanan marşrut avtobusu görüblər və qaçaraq sərnişinlərə köməklik göstərərək onları oradan evakuasiya ediblər. Polis məmurları yanğını yanğınsöndürmə balonları ilə ram edə biliblər.
İnsident nəticəsində xəsarət alan olmayıb.