Jurnalistin qardaşının evi ikinci dəfə qarət edilib – Video

Evdən oğurluq edilib

Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.
Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.

Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir