Yerevan rusiyalı faşistə siyasi sığınacaq verdi

Vitali Şişkin

Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi.

Şişkin özü isə bu haqda belə deyib: “Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”.

Şişkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib. Onun sözlərinə görə, son dəfə Ermənistanda 2011-ci ildə olmuşdu və o vaxtdan bəri ölkə xeyli dəyişib. Şişkin 2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb.

“Mənim xarici pasportumun müddəti qurtarmışdı. Mən yeni pasport almaq istəyəndə pasport masasındakı qızlar mənə dedilər ki, mənə pasport müstəsna olaraq Federal Təhlükəsizlik Xidməti tərəfindən verilə bilər. Buna görə də mən Ermənistandan başqa heç yerə gedə bilməzdim. Burada bir əvvəl çox gözəl hadisələr baş vermişdi. Mən də düşündüm ki, indi bura əvvəlkindən tamamilə fərqli ölkədir”,-rusiyalı radikal bildirib.

Vitali Şişkin

Şişkinin dediyinə görə ona hazırda Rusiyada axtarış elan olunub. Lakin Ermənistan Baş Prokurorluğundan bildiriblər ki, Shishkin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə, onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb.

Bununla belə Rusiya müxalifətçisi deyir ki, Ermənistana gəldiyi günün ertəsi vətənində ona qarşı bir neçəmaddə üzrə ittiham irəli sürülüb. Şişkin bildirir ki, bu ittihamlardan biri də onun qanunsuz olaraq Ermənistana gəlməsidir.

İndiki statusla Şişkin Ermənistandan başqa ölkəyə gedə biləcək. Ermənistanın Miqrasiya Xidməti Shishkin barədə təfərrüatlı məlumat vermək istəməyib. Xidmətdən bunun şəxsi informasiya olduğunu bildiriblər. Bildirilir ki, Ermənistan Respublikasının “Siyasi Sığınacaq Haqqında Qanunu” ilk dəfə Şişkinə tətbiq edilib.

Vitali Şişkin Ermənistanda qaçqın pasportu ala və istədiyi xarici ölkəyə gedə bilər. Lakin o buna qədər Ermənistanda Qaregin Njdeyə həsr edilmiş kitabının təqdimatını təşkil edəcək. Bundan əvvəl Rusiyada “Memorial” insan haqları təçkilatı Şişkini siyasi məhbus kimi tanımışdı.

Vitali Şişkin Rusiyada dəfələrlə icazəsiz aksiyalar təşkil etdiyinə görə saxlanılıb. Belə görünür ki, onun Ermənistanda siyasi sığınacaq alması Rusiya hakimiyyətini qıcıqlandıracaq. Əslində Ermənistan kimi ölkənin Rusiyadan olan müxalifətçiyə, üstəlik ultrasağ mövqeli birinə siyasi sığınacaq verməsi Moskvaya meydan oxumaqdır. Xüsusən də Şişkinin indi bu statusundan istifadə edib Yerevanda erməni faşisti Qaregin Njde barədə kitabının təqdimatını keçirməsi əlavə qıcıqlandırıcı amildir. Vaxtilə Ermənistanda Njdeyə heykəl qoyulanda Moskva buna sərt etiraz bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir