Ukrayna Dövlət Təhqiqat Bürosu sabiq Prezident Petro Poroşenkoya qarşı yeni cinayət işi başladıb.
İş Ukrayna Cinayət Məcəlləsinin “366-1 maddəsi” üzrə yalan məlumat yaydığına görə açılıb.
Qeyd olunur ki, iş Ali Rada deputatlarından birinin xahişi ilə qeydə alınıb.
Qeyd edək ki, bundan əlavə, Dövlət Təhqiqat Bürosu Poroşenkonun dövlətə xəyanət də daxil olmaqla fiqurantı olduğu 12 cinayət hadisəsi ilə bağlı araşdırma aparır. (Qafqazinfo.az)