İsgəndər Hüseynovun killerləri diaspor lideri İslam Hüseynovu öldürə bilməyib

İsgəndər Hüseynovla   İslam Hüseynovun Rusiyada davasi

Rusiyanın Ulyanovsk vilayətində diaspor lideri İslam Hüseynova sui-qəsd işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org xəbər verir ki, 10 il əvvəl baş vermiş bu səs-küylü sui-qəsdin sifarişçisi , 61 yaşlı İsgəndər Hüseynov müttəhimlər kürsüsündədir və barəsində çıxarılacaq hökmü gözləyir.

Bütün bu müddət ərzində sifarişçi xaricdə gizlənirdi, amma 2019-cu ilin martında Moskvada tutulub və istintaqa təhvil verilib. İsgəndər Hüseynov məhkəmənin ilk iclasında rus dilini “unudub” və tərcüməçi tələb edib. Habelə istintaqa verdiyi tirafedici ifadədən imtina etdiyini bildirib.

İstintaqın versiyasına görə İsgəndər Hüseynov 2009-cu ildə biznes üzrə rəqibi, Ulyanovsk vilayəti üzrə diaspor lideri İslam Hüseynovu aradan götürməyi qərara alıb. Bu məqsədlə tanışı Samit Mərdanovla anlaşır. Mərdanovun da İslam Hüseynovun öldürülməsində öz marağı vardı, çünki ona 50 min dollar borclu olub. Nəticədə onlar İslam Hüseynovun qətlini təşkil etməyi qərara alırlar.

İsgəndər Hüseynovla   İslam Hüseynovun Rusiyada davasi

Təşkilatçılar bu məqsədlə əvvəllər məhkum edilmiş İjevsk sakini Həsən Daqayevlə anlaşırlar və ona 100 min dollar vəd edirlər. Daqayev killerlər qrupu təşkil edir, üç ay İ.Hüseynovu izləyir. Amma ona sui-qəsd cəhdi baş tutmur. Belə ki, killerlər Hüseynovun maşınını səhv salırlar və onun əvəzinə Ulyanovsk gömrüyünün əməkdaşı Yuri Abankovla arvadını güllələyirlər. Onlar möcüzə nəticəsində sağ qalırlar.

Killerləri ikinci sui-qəsd cəhdindən əvvəl yaxalayırlar. Onlar 11 ildən 19 ilə qədər həbs cəzası alır, İsgəndər Hüseynov isə qaçır. Bütün bu vaxt ərzində o başqa ad altında Ukraynada, Azərbaycanda gizlənir. Nəhayət bu ilin martında Moskvaya qayıdanda tutulur və Ulyanovska etap olunur.

Qeyd edək ki, İslam Hüseynova həmin dövrdə daha bir sui-qəsd cəhdi olmuşdu və biznesmen başından ağır yaralanmışdı. Killerlər ona kabinetində atəş açmışdılar. Həmin sui-qəsdin də təşkilatçıları, icraçıları azərbaycanlılar idi.

İsgəndər Hüseynovla   İslam Hüseynovun Rusiyada davasi

Ulyanovsk internet portallarının yazdığına görə prokuror İsgəndər Hüseynovun rus dilini bilmədiyi haqda dediklərini inandırıcı saymayıb. Bildirib ki, 1989-cu ildən o Rusiyada yaşayıb, orada bizneslə məşğul olub, sürücülük vəsiqəsi alıb. Bütün bunlar rus dilini bilmədən mümkün olmazdı. Məhkəmə dövlət ittihamçısı ilə razılaşıb və prosesin tərcüməçi olmadan aparılmasına qərar verib.

Məhkəmə sentyabrın 10-da iş üzrə ilk şahidləri-zərərçəkən Abakankovları dindirib. Onlar istintaqa verdiklərini ifadəni təsdiq ediblər. Yuri Abakanov deyib ki, yaşadığı binaya girəndə kürəyində bir neçə zərbə və bədənində zəiflik hiss edib. Və yıxılıb. Killer ona səsboğucuya malik tapançadan atəş açmışdı. Arvadı isə deyib ki, onlara atəş açıb qaçan qırmızı köynəkli gənci görüb. Zərərçəkənlər həmin hadisələri xatırlamaqdan əzab çəkdiklərini deyiblər və xahiş ediblər ki, daha onları məhkəməyə çağırmasınlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir