Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.
Pressxeber.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
Belə ki, “Globus Plaza”ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər.
Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.