Mahir Əmrəlinin evini qarət edənlər həbs olundu

Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvəllər məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar.
Anews.az bildirir ki, faktla bağlı Binəqədi RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması,  vətəndaşa dəyən maddi ziyanın ödənilməsi üçün üçün istintaq hərəkətləri davam etdirilir. Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir. Şübhəli şəxslərin əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir