Tanınmış həkimə Yazıçılar Birliyində VƏZİFƏ VERİLDİ

Tanınmış həkim-bəstəkar Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyində komisiya sədri təyin edilib.

Bu barədə Publika.az-a hərbi-vətənpərvərlik ruhunda mahnıların müəllifi kimi tanınan Şahin Musaoğlu məlumat verib.

Qeyd edək ki, Ş.Musaoğlu “İgid əsgər möhkəm dayan”, “Cənab leytenant”, “Əsgər – Vətən əmanəti”, “And içirik”, bir sözlə hərbi mahnıların əksəriyyətinin söz və musiqisinin müəllifidir.

O, həm də özəl klinikalarda Şüa–diaqnostika şöbəsinin müdiri və poliklinika müdiri vəzifəsində də çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir