İşinin peşəkarı olan lazeroloq Lumu Aydın artıq 3 ildir ki, bu sahə üzrə fəaliyyət göstərir.
2005-ci ildə ADPU-NUN riyaziyyat və informatika fakultəsini bitirib.Bakının Yasamal rayon A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin müəlliməsi olub.Eyni zamanda “Həyat və gözəllik” jurnalının baş redaktoru, Realline.tv internet saytının rəhbəri kimi fəaliyyət göstərib.Bütün bu kariyerası ilə kifayətlənməyən müsahibimiz öz arzusunun ardınca düşərək Moskva şəhərinə yollanmış kosmetologiya sahəsi üzrə təhsil almış ixtisaslaşaraq ölkəmizə qayıtmışdır.
Halhazırda lazeroloq və mikroblading ustası kimi çalışan Lumu Aydın,işinin peşəkarlığı və səmimiyyəti ilə posientlərin sevgisini qazanmışdır.
Lazeroloqumuz bu dəfə lazer epilyasiya əməliyyatının hamını narahat edən zərərləri haqqında danışdı.
-Lazer epilyasiyanın nə kimi zərərləri var?
Lazer epilyasiyanın ciddi bir ziyanı yoxdur. Sağlam olan hər bir kəs epilyasiya etdirə bilər.Lakin, zobu olan,şəkər xəstəsi və bu kimi xəstəlikləri olan və müalicə dönəmində lazer epilyasiya etdirmək olmaz.
-Əməliyyat keçirmiş xəstələr lazer epilyasiyaya gələ bilərlərmi?
Təəssüfki bəzi mərkəzlərdə əməliyyatdan yeni çıxmış xəstələri epilyasiya edirlər.Lakin 3 ay tamam olmamış lazer epilyasiyası etdirmək olmaz.
– Lazer epilyasiya etdirərkən yaş önəmi varmı? Neçə yaşda müraciət etmək olar?
Yetkinlik yaşına çatmış (menustrasiya dövründən sonra) və mensturasiya dövrü normal olarsa mümkündür.Əgər normal deyilsə,olmaz.
– Menustrasiya dövründə lazer epilyasiya etdirməyə icazə varmı?
Ciddi bir ziyanı yoxdur,lakin ağri olduğuna görə olmaz. Ya 3 gün əvvəl, ya da menustrasiyadan 3 gün sonra epilyasiya etdirmək olar.
– Hamilə qadınların lazer epilyasiyası əməliyyətına müraciət etməsi nə dərəcədə düzgündür?
Hamilə qadınların epilyasiya prosedurundan ilk 3 ay istifadə etmələri məsləhət görülmür.
Əslində 9 ay ərzində və süd verən müddətdə bəzi bölgələrə epilyasiya etdirmək olmaz.Uşağın inkişafına mənfi təsir göstərə bilər.Həm də epilyasiyası prosesi tam ağrısız olmadığından bu kimi stresdən uzaq dayanmalıdır.
Bir çox analar,hamiləlik dövründə hormonlarının dəyişikliyi nəticəsində artan tüklərdən rahatsız olur.Bunun səbəbi hamiləliyin dəyişim göstərən tüklərin yeni və zəif tüklərin artımıdır.Doğum sonrası bu tüklərin böyük qismi özlüyündən tökülür.Buna görə epilyasiyanı doğum sonrası ertələnməsi daha uyğun olur.Gəbəlik dönəmində ediləcək lazer epilyasiyası,bu kiçik qıllarda əks təsir yaradıb töküləcək tükləri gücləndirib qalıcı hala gətirə bilər.
Lazer və elektroliz kimi yeni model epilyasiyası yöntəmlərinin mütəxəssislərə görə bəbəyə hərhansı bir zərəri olmasa da töküləcək olan tükləri gücləndirilməsi səbəbiylə hamiləlik dövründə lazer epilyasiya etdirmək məsləhət görülmür.
İzləyicilərimiz tərəfindən bizə yazilan, hər zaman xanımlarımız üçün maraqlı olan bu aktual suallara cavab vermək üçün öz dəyərli zamanınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik, Lumu xanım.
Çox sağ olun. Mən də sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, özünə baxımlı xanımlarımız üçün belə müsahibələr hazırlayırsınız
Əziz oxucularım, Lumu xanımla əlaqə saxlamaq istəsəz aşağıda nömrələr və instagram səhifələri qeyd olunub.
Sizdə öz sağlamlığınızı peşəkarlara həvalə edin.
(Unvan: Bahar klinikası.(Bakı.Yasamal.Həsənbəy Zərdabi küç.92)
Tel: 012 511-29-06 055 268-26-63
İnstagram
lumu.mikroblading
lazer_epilyasiya_lale)
Hazırladı: B.Ağayeva