İsrailin paytaxtı Tel-Əvivdə keçirilən 64-cü “Eurovision” mahnı müsabiqəsində Fələstin bayrağı açan “Hatari” qrupuna görə İslandiya Avropa Yayım İttifaqı tərəfindən cəzalandırılıb.
“Qafqazinfo” xəbər verir ki, İslandiyanın dövlət televiziyası RUV 5 min avro cərimələnib. Bununla belə İslandiya 2020-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçriləcək “Eurovision”a qatılacaq.
Xatırladaq ki, 232 xalla yarıçmanı 10-cu pillədə yekunlaşdıran “Hatari” üzvləri Fələstin bayraqları açaraq zəfər işarəsi göstərmişdilər. Onların bu hərəkəti sosial şəbəkədə böyük səs-küy yaratmışdı.