Ehtiyatda olan baş gizir, Aprel döyüşlərinin iştirakçısı, Qarabağ əlili Arzumanov Elşən Balaxan oğlu Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimova müraciət edib.
Pressxeber.az xəbər verir ki, qazi müalicəsi üçün iş adamından kömək istəyib:
“Aprel döyüşləri zamanı aldığım kəllə-beyin travması, baş beyin silkələnməsinə görə sinir damarının zədələnməsi nəticəsində ayaqlarımda və gözlərimdə problemlər yaradıb. Günü-gündən səhhətimdə çətinliklər yaranıb. Yaşam tərzim ağırlaşıb. Dövlət qurumlarına etdiyim müraciətlərə cavab ala bilmirəm. Buna görə Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova müraciət edərək xahiş edirəm ki, mənim müalicəmə kömək etsin. Mən eşitdiyimə görə o mənim kimi döyüşçülərə önəm verdiyi üçün köməyini əsirgəmir. 4 övladım var, özüm kirayədə yaşayıram. İstəyirəm 2 oğlumu sağlam şəkildə əsgər yola salım.”(unikal)