Anews.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.
“2019-cu ilin başlanması ilə ölkədə həyata keçirilən yeni kursun başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb”, – deyə Z.Oruc əlavə edib:
O bildirib ki, STM-in vəzifələri sırasında cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Prezidentinə təqdim etmək dayanır.
Z.Oruc qeyd edib ki, ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışıblar.
Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planını hazırlanıb.
Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb”.
Z.Oruc hazırda tədqiq edilən aktual mövzulardan bəzilərinə də diqqət çəkib:
Mərkəz rəhbəri bu sahədə böyük fəaliyyəti olan, amma ölkə ictimaiyyətinin tanımadığı tədqiqatçı alim Çapay Sultanovla bağlı planları da bölüşüb:
“Azərbaycanın elmi cəmiyyətinin kiçik bir hissəsinin tanıdığı, xalqınsa böyük əksəriyyətinin tanımadığı böyük alim əvəzsiz bir elmi xəzinə yaradıb. Yalnız Prezident İlham Əliyev alimin böyük irsinə dəyər verib, sözügedən şəxsi dövlət mükafatlarına layiq görüb. Sosial Tədqiqatlar Mərkəzində də bu böyük ensiklopedik şəxsin adına mükafat təsis edilib. Bu mükafat gələcəkdə tədqiqatçılara veriləcək”.