Türkiyədən Yunanıstan, Misir və Cənubi Kiprə: “Rədd edirik”

bayraq-türkiyə-0-0-0-

Nyu Yorkda Yunanıstan, Misir və Cənubi Kipr nümayəndələrinin iştirakı ilə keçirilən görüşdən sonra Türkiyə əleyhinə yayımlanan bəyanatı qəti surətdə rədd edirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə XİN sözçüsü Hami Aksoy bildirib.

“Region ölkələrinin Egey dənizində və Kipr məsələsində nə səlahiyyətləri, nə məsuliyyətləri, nə də deyəcəkləri bir sözləri var”, – Aksoy qeyd edib.

Qeyd edək ki, yuxarıda adları qeyd edilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətindən narazı olduqlarını bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir