İlham Əliyev: Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır

Ötən il bizim aramızda dörd görüş keçirildi. Bu görüşlər bizim əlaqələrimizin inkişafında çox müsbət rol oynayır. Hansı ki, biz bunu strateji partnyorlarımızın münasibətləri kimi xarakterizə edirik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.

Azərbaycanın dövlət başçısı iki ölkə arasında ticarət və iqtisadi sahədə müsbət dinamikanın olduğunu bildirib.”Həm ötən il, həm də bu il əmtəə dövriyyəsi artıb. Əldə etdiyimiz məlumatlara görə, avqust ayında bu rəqəm 20 faizdən çox olub. Bizim təsdiqlədiyimiz “yol xəritələrinin” icrası bütün sahələrdə daha sıx qarşılıqlı əlaqəyə, inteqrasiyaya və əməkdaşlığa səbəb olacaq”, – deyə Prezident İ.Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, Rusiya Azərbaycan üçün əhəmiyyətli tərəfdaş, dost və yaxşı qonşudur:
“Biz bu əlaqəni yüksək qiymətləndiririk. Əminəm ki, bugünkü müzakirə əlaqələrimizin daha da inkişafına yaxşı töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir