Qobustanda üç yaşlı uşağın üstünə manqal aşdı

Qobustanda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini, 2016-ci il təvəllüdlü Muradov Rasim Murad oğlu həyətdə oynayarkən üstünə manqal aşıb.

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxananın cərrahiyə şöbəsindən verilən məlumata görə, R.Muradov xəstəxanaya daxil olarkən ağır komatoz vəziyyətdə olub. O, açıq kəllə-beyin travması, baş beyinin əzilməsi diaqnozu ilə paytaxt Bakıya göndərilib. Hazırda azyaşlı komadadır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir