Aqstafa rayonu günü-gündən abadlaşır

Ağstafa rayonunda yenidənqurma işləri ənənəvi hal alıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Quliyev Nizaməddin Məhəmməd oğlu  Ağstafa rayonunda aparılan işlərin intensiv şəkil almasına şəxsən nəzarət edir.
Bu gün Ağstafa rayonunda sürətli canlanma özünü biruzə verir. Rayonda müasirlik, yeniləşmə mövcuddur. İqtisadi göstərici rayon əhalisinin sosial rifah halının yaxşılaşması üçün başlıca zəmin yaradıb. Və eləcə də, yenidənqurma işlərinin əsaslı şəkildə təşkili burada özünü açıq – aydın göstərir.
Ağstafa dinamik inkişaf yüksək göstəricilərlə xarakterizə olunur. Burada ictimai – siyasi sabitlik hökm sürür. Rayonda sosial – iqtisadi inkişaf günün reallığı kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Prezidentinin “Regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramı ” (2004 -2008 – ci illər ) bütün bölgələrdə olduğu kimi Ağstafa rayonunda uğurla həyata keçirilir. Cənab Quliyev Nizaməddin bilavasitə xüsusi diqqəti və qayğısı altında bu bölgədə Dövlət Proqramına böyük önəm verilir. Çünki həyata keçirilən işlər və sonrakı illər üçün nəzərdə tutulan məsələlər onların iqtisadi sahədə uğur əldə etmələrində başlıca rol oynayır.
Ağstafa rayonunda yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilmiş, bu məqsədlə müvafiq dövlət və özəl qurumların imkanlarından maksimum istifadə edilmişdir.
Sahibkarlığın inkişafına rayonda xüsusi diqqət yetirilir. Dövlət Proqramından irəli gələn mühüm müddəalar bu ardıcıllığa təkan verir.
Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə səfəri burada da günün reallığına çevrilən mühüm amillərin daha da geniş vüsət almasına zəmin yaratmışdır. Hörmətli prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Ağstafa rayonunda layiqli şəkildə həyata keçirilir. Bu da bugünkü vacib məsələlərin həlli yolunda iş adamlarına yardımçı olur.
Quruculuq işi əsil inkişafdan xəbər verir. Bunu Ağstafa açıq –aydın görmək mümkündür. Bu gün Ağstafa müasir ab –hava duyulur. Rayonun daxili potensialı mühüm işlərinə rəvac verir. Ölkə başçımızın imzaladığı Dövlət Proqramından irəli gələn mühüm və vacib müddəalar bu rayon üçün də xarakterikdir və bunun rayonun əsaslı inkişafında rolu böyükdür. Rayonda sosial həyatın gündəlik qayğıları buradakı əhalinin gələcək yaşam tərzinin dinamikliyini özündə əks etdirir və məhz bu səbəbdəndir ki, rayon sakinlərinin qələbəyə inamı, sabaha ümidi böyükdür.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev rayona rəhbərliyə başladığı gündən tikinti, abadlıq və quruculuq işlərinə böyük önəm vermiş, əhalinin sosial problemlərinin həlli istiqamətində əməli addımlar atmışdır. Onun gördüyü işlər rayon əhalisi tərəfindən razılıqla qarşılanır. Rayonda aparılan quruculuq işləri günün həqiqətlərinə söykənir və əhalinin məşğulluğunun artırılması üçün böyük zəmin yaradır. Bu gün Ağstafada qurub – yaratmaq həvəsi çoxalıb. Rayonda aparılan geniş və əhatəli quruculuq işləri sakinlərin gündəlik həyat qayğılarının aradan qaldırılması istiqamətində bir başlanğıcdır.
Bu gün Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Quliyev Nizaməddin rayonda genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni edir. İcra başçısının sakinlərə diqqət və qayğısı onların gündəlik həyat şəraitinin yaxşılaşması üçün böyük əhəmiyyət kəsb edir.
P.S. Biz bir yazar olaraq rayon rəhbərliyinin gördüyü işləri yüksək dəyərləndirir, Ağstafa rayonunun daha da gözəlləşməsi üçün əlindən gələni əsirgəməyən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Quliyev Nizaməddin başda olmaqla bütün Ağstafa əhalisinə cansağlığı, uzun ömür arzulayır, Müstəqil Dövlətimizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bütün işlərində uğurlar diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir