Ölkə prezidenti İlham Əliyevin yürütdüyü siyasəti əsas proritetlərindən biri Azərbaycan vətəndaşının azadlığı, onun sosial rifahının yaxşılaşması, şəhərimizin günü-gündən abadlaşması, xarici ölkələr arasında nüfuzumuzun daim yüksək olmasıdır. Prezidentimiz seçildiyimiz gündən qarşıya qoyduğu bütün məqsədlərə nail olmuşdur. Şəhərimizin günü-gündən abadlaşması, yenidənqurma işlərinin aparılması, ölkənin turizm axının artması, yeni iş yerlərinin açılması, məktəb və bağçaların yenidən təmiri və bərpası, yollarımızın bərpası, günü-gündən ucalan yeni tikililər, əmək haqqlarının artırılması bir daha onu sübut edir ki, əhalinin yaşam tərzi, rifahı sürətlə inkişaf edir.
Bütün bölgələrimizdə olduğu kimi, Bakının Səbail rayonunda da aparılan abadlıq-quruculuq işləri, müasirlik özünü büruzə verir. Iqtisadi göstərici rayon əhalisinin sosial rifah halının yaxşılaşması üçün başlıca zəmin yaradıb. Rayonda bütün təşkilatların uğurlu fəaliyyəti ilə yanaşı YAP rayon təşkilatının da özünəməxsus proqramları və həyata keçirdiyi uğurlu layihələri vardır.
Səbail rayonu YAP təşkilatının sədri Hacıyev Şəmsəddin müəllim də bu yöndə apardığı işlər ölkə rəhbərliyi tərəfindən daim bəyənilmişdir. Bu gün Səbail rayon YAP ətrafında toplanan insanların hamısının məqsədi, məramı eynidir. Istiqamət aldığı işlər parlaq gələcəyimiz naminə uğurlu addımlardır.