“Diriliş Ərtoğrul” serialının davamı kimi lentə alınan “Quruluş Osman” serialı rekorda imza ataraq, ilk fraqmentindən sonra adları hələlik açıqlanmayan beş ölkəyə satılıb.
Fraqmenti 20 milyondan çox izlənilən serial ingilis, ispan, rus, ərəb və bir çox başqa dillərə tərcümə olunub
Serial xaricdə “The Ottoman” adı ilə yayımlanacaq.
Qeyd edək ki, serialda baş rol ifaçısı Burak Özçivitdir. İlk fraqmentdə milli-mənəvi dəyərlər vurğulanıb.
Serial yaxın vaxtlarda Türkiyənin “ATV” telekanalında yayımlanacaq.