Əli Əsədov üç vəzifəli şəxsi işdən çıxardı

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Report-un məlumata görə, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifələrindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş nazir təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir