Şimali Karolina sakini qeyri-adi şikayətlə xəstəxanaya müraciət edib. O bildirib ki, alkoqol istifadə etməməsinə baxmayaraq daima özünü sərxoş hiss edir. O bildirib ki səbəbsiz yerə aqressiv olur və zehni dumanlanır.
Bizimyol.info xəbər verir ki, həmin şəxs psixiatra yönləndirilib və ona antidepressantlar təyin olunub. Lakin müalicə fayda verməyib.
Bir dəfə avtomobil idarə edərkən polis tərəfindən saxlanılan Coy Keyin qanında 200 mq alkoqol aşkalanıb ki, bu da III dərəcəli sərxoşluğa bərabərdir. Heç vaxt içmədiyini söyləyən Key mütəxəssis axtarışına başlayıb və Ohayo ştatına üz tutub. Aparılan testlər nəticəsində məlum olub ki, onun nəcisindəki Saccharomyces cerevisiae ( pivə göbələyi) bu vəziyyətin yaranmasına səbəb olur. Coy Keyə avtopivəbişirmə siondromu adı diaqnoz qoyulub. Bu həmçinin bağırsaqda fermentasiya sindromu adı ilə tanınır. Çox nadir xəstəlik olan avtopivəbişirmə sindromu həzm sistemi zamanı endogen fermentasiyanın sərxoşluq yaradacaq dərəcədə etanol spirti hasil etməsi ilə müşayiət
olunur.Göbələklər mədəyə düşən karbohidratları alkoqola çevirib qana ötürür. Bu da adi içki içmək effekti kimi sərxoşlouq yaradır.