Bu günlərdə redaksiyamıza müraciət edən bir qrup fəhlə Sumqayıt Texnologiyalar Parkından şikayətləniblər.
Anews.az şikayət edən fəhlələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciətlərini də dərc etməyimizi xahiş ediblər.
Fəhlələr deyirlər ki, 2009-2010-cu illərdən Sumqayıt Texnologiyalar Parkı MMC-də müxtəlif işlərdə çalışıb, üzərlərinə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetiriblər.
Onların sözlərinə görə, əvvəllər əmək müqavilələri hər dəfə 3 aylıq bağlanıb və artırılıb, sonradan isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən 5 ildən artıq müddətə işlədiyikləri üçün əmək müqavilələri müddətsiz hesab edilib.
“Cari ilin avqust ayında rəhbərlik tərəfindən bizə bildirildi ki, öz xahişimizlə ərizə yazıb işdən ayrılsaq bizi “Azenko” MMC-də işlə təmin edəcəklər, əks halda bizi işdən çıxaracaqlar. Biz də hüquqlarımızı bilmədiyimizdən bir gündə 20-30 nəfər rəhbərliyin istədiyi kimi ərizə yazdıq. Lakin yeni işlə təmin olunanda bizimlə 3 aylıq əmək müqaviləsi bağladılar, 2 ay keçəndən sonra isə bildirdilər ki, “sizinlə əmək müqaviləsi uzadılmayacaq və müddət bitən kimi işdən azadsınız”. Onda biz başa düşdük ki, bizi aldadıb tələyə salıblar ki, kompensasiya ala bilməyək. İndi də bizə deyirlər ki, “istəyirsiz məhkəməyə verin, istəyirsiz lap gedin Prezidentin, Birinci Vitse-Prezidentin qapısında oturun şikayət edin, xeyri yoxdur, ağlınız var idi aldanmazdız”. Belə məlum olur ki, STP rəhbərliyi bizi ələ salır, insanların hüquqlarına, əmək qanunvericiliyinə əhəmiyyət vermir”, – deyə şikayətçilər qeyd ediblər.
Məsələ ilə bağlı Sumqayıt Texnologiyalar Parkının maliyyə məsələlərinə nəzarət etdiyi deyilən İdris Mustafeyvlə əlaqə saxladıq. İdris Mustafayev bizə STP-nin mətbuat xidməti ilə əlaqə saxlamağımızı tövsiyə edib, mətbuat xidmətinin Rəşad adlı rəhbərinin nömrəsini verdi, onunla əlaqə saxlamaq istəsək də, nömrənin təyin olunmadığını öyrəndik. Yenidən İdris Mustafayevlə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab vermədi.
Daha sonra, STP-nin həmkarlar ittifaqının rəhbəri olduğu deyilən Qabil Əliyevlə də əlaqə saxlamağa çalışdıq. Lakin, o da zənglərimiziə cavab vermədi.
Məsələ ilə bağlı, müraciətdə adı gedən “Azenko” MMC-ni də araşdırdıq. Kiçik araşdırmadan sonra öyrəndik ki, MMC 2002-ci ilin aprel ayında yaranıb. Şirkətin rəhbəri Poladov Zəkəriyyə Zaxar oğludur.
Zəkəriyyə Poladovu araşdıranda məlum oldu ki, onun haqqında bundan da öncə mətbuatda məlumatlar gedib.
Belə ki, mətbuatda gedən məlumatlarda Zəkəriyyə Poladovun “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin çox yaxın adamı olduğu qeyd edilir. O Etibar Piriverdiyevlə birlikdə “Azenco” MMC-də çalışan minlərlə işçinin haqqını yeməkdə ittiham olunub.
“Ezamiyyə Normaları haqqında Qanununun tələblərinə məhəl qoymayan Azenco başqanı, onun havadarı Etibar Pirverdiyevlə birgə minlərlə işçinin ezamiyyə haqlarını mənimsəyirlər. Qeyd edək ki, həmin qanunda əks olunana görə bir şəhər və ya rayondan digərinə ezam olunmuş hər bir işçiyə yemək və qalıb gecələməsi üçün yol xərcləri də daxil olmaqla 1 gün üçün 70 manat müəyyən olunsa da Azenco sədri Zəkəriyyə Poladov bu maliyyə vəsaitini işçilərə vermir”, – mətbuatda gedən yazılarda qeyd olunur.
Biz isə, fəhlələrin prezidentə müraciətini sizə təqdim edirik: