Nazirlik sahibkarlara xəbərdarlıq edib

ekologiyaN

“Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb”.

Bizimyol.info xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, monitorinqlərin nəticəsində məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır:

“Bu da sakinlərin haqlı narazılığına səbəb olur. Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir