Mətbuat prospektində 48 yaşlı kişini avtomobil vurdu

Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.

Azərbaycan Nəşriyyatının qarşısında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Həsənov Ceyhun Cəlayir oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir