Gəncədə sükan arxasında yuxulayan sürücü iri tonnajlı maşınla qəza törədib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Nizami prosspektində “əlillərin kruqu”deyilən ərazidə baş verib.
“Shacman” markalı yük maşını idarəetmədən çıxaraq yol kənarında quraşdırılan fəvvarəyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Əraziyə Gəncə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq səbəbləri araşdırılır.