Hazırda müşahidə olunan intensiv yağış ucbatından Bakının əksər bölgələrində acınacaqlı mənzərə meydana çıxıb.
Bizimyol.info xəbər verir ki, sel küçələri bürüyüb, bəzi küçələrdə hərəkət iflic vəziyyətinə düşüb. İntensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Ekspertlər Bakıda yağıntılar zamanı küçələrin su basmasını adi hala çevrildiyini və problem qalmaqda davam etdiyini deyirlər. Bakıda yağıntılar zamanı küçələri su basması adi hala çevrilib və problem qalmaqda davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib ki bu gün ölkənin şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.