Rəzil olmuş media

Azərbaycanda vəziyyət çox kritikləşib. Təəssüflər olsun ki, ölkəmizdəki, müstəqil media qrumlarının vəziyyəti daha da faciəvi bir haldadır. Hakimiyyətin maraqlarına toxunan hər hansı bir yazı jurnalistlərin həbsi üçün əsas ola bilər. Bu o, anlama gəlir ki, artıq Azərbaycanda jurnalistika ilə məşğul olmaz çox təhlükəlidir.

Jurnalistlər hakimiyyətin repressiyalarını və korrupsiya əməllərini işıqlandırdıqları üçün hər zaman hüquq-mühafizə orqanlarına çağırırlar və onları təhdid edib və onlardan yazılarına son qoyulmasını tələb edirlər. Təəssüflər olsun ki, hakimiyyət tərəfindən müstəqil media qurumlarına şirkətlərin reklam verməsinə qadağan edildiyindən jurnalistlərin maddi durumları da çox ağırlaşıb. Hakimiyyətin yüksəkçinli məmurlarını tənqid edən jurnalistləri bir-bir hədələnərək BANDOTEL-ə çağrılıb, üzərilərinə şər, böhtan ataraq həbs edilirlər. hakimiyyət tərəfindən mediada müxtəlif fikirliliyə və tənqidi yazılara dözümsüzlük nümayiş etdirilir və dərhal hüquq-mühafizə orqanları hərəkətə keçər. bir sözlə ölkəmizdə Müstəqil media müxtəlif yollarla sıradan çıxarılır.

Təəssüf ki, Azərbaycanda az sayda qalmış müstəqil media partizan həyatı yaşayır. Əfsuslar olsun ki, Beynəlxalq təşkilatların hesabatlarında rast gəlirik ki, Azərbaycanda vəziyyət media azadlığı və insan hüquqlarının qorunması baxımından digər ölkələrdən olduqca çox aşağıdır. Hətta bəzi hesabatlarda Azərbaycan azad olmayan ölkələr kateqoriyasına salınır. Buna səbəb ölkədə möhkəmlənmiş avtoritar rejimin hökm sürməsi və siyasi- iqtisadi azadlıqlarn həddindən artıq aşağı səviyyədə olmasıdır. Hakimiyyətə qarşı etirazlara heç bir tolerantlıq yoxdur. Universitetlərdə tələblər siyasi fəallıqlarına görə təzyiq altındadırlar, dini praktikaya qarşı təzyiqlər var. Həqiqət odur ki, mediaya qarşı xüsusi təzyiq siyasəti yeridilir. Müxalif medianın Bakının mərkəzində satılmasına qadağa qoyulub və medianın cəmiyyətə çatdırılmasında ciddi əngəllər var. Bu baxımdan media azadlığı bərbad durumdadır və bakimiyyət informasiyanı nəzarətdə saxlamağa çalıyır.

Həmidov Məcnun

Müstəqil siyasi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir