Bakıda 81 yaşlı kişi dəhşət saçdı – Törətdiyi qəzada ana və oğul öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb.
Bakı şəhər sakini, 81 yaşlı Əliyev Şamil Əlihüseyn oğlunun idarə etdiyi “Volvo” markalı avtomobillə 55 yaşlı Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi “Hyundai” markalı maşın toqquşub.

Hadisə zamanı hər iki avtomobil deformasiyaya uğrayıb, “Hyundai”da olan sərnişinlər, 25 yaşlı Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, iki yaşlı Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir