“Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərimiz müəyyən olunub və Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçmişik”.
Bu barədə Bizimyol.info-ya Ümid partiyasının sədri İqbal Ağazadə YAP-ın icra katibi-sədr müavini Əli Əhmədovun son açıqlmasına cavab olaraq bildirib.
Qeyd edək ki. Ə.Əhmədov siyasi partiyaları bələdiyyəsi seçkilərinə qatılmağa, sağlam siyasi rəqabət mübarizəsi aparmağa çağırıb.
İ.Ağazadə deyib ki, seçkilərdə iştirak edən siyasi partiya cəmiyyətdə yer qazanır: “Seçki Məcəlləsi, seçki mühiti xeyrimizə olmasa belə seçkinin alternativi yoxdur. Mən də hakimiyyətdən bərabərhüquqlu seçki şəraitini yararmağa çağırıram”.