Məktəblərə istilik vaxtından əvvəl verilə bilər – O halda ki…

istilik_238476

Havaların kəskin soyuması məktəb və uşaq bağçalarında istilik sistemlərinin quraşdırılması zərurətini gündəmə gətirib. Məlum olduğu kimi Bakı və digər böyük şəhərlərdə istilik sistemi hər il noyabrın 15 də işə salınır.

Bakıda orta məktəblərdə bu məsələ əməlli-başlı problemə çevrilib. Şagirdlər dərsdə üst geyimində otururlar. Soyuq otaqda keçirilən dərs təbii ki, tədrisin keyfiyyətinə öz təsirini göstərir. Bəs məktəb və bağçalarda istilik sistemini vaxtından qabaq işə salmaq mümkündürmü? Bizimyol.info-nun bu sualını “Azəristiliktəchizat” cavablandırdı.

Qurumdan verilən məlumata görə, dağlıq və dağətəyi rayonlarda istilik sistemləri noyabrın birindən işə salınıb. “Məktəb və bağçalarda, səhiyyə təşkilatlarında, eləcə də digər sosial obyektlərdə istilik təchizatı “Azəristiliktəchizat” ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilə isə istilik verilməsi mövsümünü 5 ay nəzərdə tutub. Aidiyyəti qurum tərəfindən fərqi qaydada müraciət olunduqda və istilik haqqının ödənilməsinə təminat verildiyi hada istilik həmin quruma vaxtından əvvəl ödənilə bilər”,- deyə şirkətdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir