Honkonqda etirazçılar universiteti yandırıblar.
Bizimyol.info xəbər verir ki, hadisə etirazçılarla polislər arasında baş vermiş qarşıdurması əsnasında baş verib. Polislər “Honkonq Politexnik Universiteti”nə daxil olub binanı bir neçə gün zəbt edən nümayişçiləri oradan çıxarmaq üçün çalışdıqda, nümayişçilər onlara içərisində yanıcı maddə olan şuşələr atmağa başlayıblar. Binada yanğın da elə bu səbəbdən baş verib. Bir neçə insan saxlanılıb. Xəsarət alanların olub-olmadığı haqda məlumat yoxdur.
Qeyd edək ki, son günlərdə Honkonqda tez-tez etirazçılar və polislər arasında qarşıdurmalar baş verir. Onlar əsasən Universitet binalarını zəbt edirlər. Bu etiraz aksiyaları iyun ayından etibarən başlayıb. İnsanların etirazına səbəb olan isə “ekstradisiya” haqda qanun layihəsidir.